DÜNYA


“WhatsApp” messencerində ikimərhələli audentifikasiya əlçatan olacaq

A+ A

Bakı, 12 noyabr, AZƏRTAC

“WhatsApp” messencerinin 2.16.341 versiyasından etibarən ikimərhələli audentifikasiya funksiyası əlçatandır. Sonuncu yeniləmə quraşdırıldığı halda hesabın sazlamalarında yeni ikimərhələli audentifikasiya seçimini tapmaq mümkündür. Bu funksiya “WhatsApp” istifadəçilərinin təhlükəsizliyini daha da artıracaq.

AZƏRTAC “4PDA.ru” saytına istinadən xəbər verir ki, hər dəfə mobil telefon nömrəsini qeydiyyatdan keçirən zaman altı rəqəmli parol daxil etmək lazım gələcək. Həmin funksiyanı aktivləşdirdikdə elektron poçt ünvanını da daxil etmək lazımdır ki, parol yaddan çıxdıqda onu yenidən bərpa etmək mümkün olsun.

Səsli mesajın fon rejimində səsləndirilməsi çoxdan gözlənilən yeniliklərdən biridir. İndiyədək səsli mesajı dinləmək üçün proqramı açıq saxlamaq lazım gəlirdisə, indi digər insanlarla yazışmaq və ya digər proqramlardan istifadə etmək mümkündür.

“Android” mobil əməliyyat sistemində sözügedən funksiyalara giriş əldə etmək üçün “Google Play”də beta test proqramının iştirakçısı olmaq lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.