DÜNYA


“WhatsApp” messencerində pul vəsaitini oğurlayan fişinq hücumu qeydə alınıb

Bakı, 2 avqust, AZƏRTAC

Kibertəhlükəsizlik üzrə ekspertlər populyar “WhatsApp” messencerinin istifadəçilərini yeni fişinq hücumu haqda xəbərdar ediblər.

AZƏRTAC “ESET” antivirus şirkətinə istinadla xəbər verir ki, fırıldaqçılar istifadəçiyə messencer üçün abunə vaxtının başa çatdığı haqda məlumat verirlər. Bundan sonra ödəniş etmək və bank kartının məlumatlarını daxil etmək üçün istinadda göstərilən ünvana keçmək təklif edilir. Sonda ödənişlə bağlı informasiya birbaşa hakerlərin əlinə keçir.

Hazırda “WhatsApp” tamamilə ödənişsiz xidmətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.