DÜNYA


“WhatsApp” messencerində yeni funksionallıq istifadəyə veriləcək  VİDEO

Bakı, 24 iyun, AZƏRTAC

“WhatsApp” messencerində yeni funksionallıq istifadəyə veriləcək. Belə ki, bu messencerin istifadəçiləri bir-biri ilə istənilən formatlı faylları paylaşa biləcəklər. Yalnız faylın tutumuna məhdudiyyət qoyulacaq.

AZƏRTAC “planet-today.ru” saytına istinadən xəbər verir ki, ötürülən faylların tutumu mobil əməliyyat sistemindən asılı olacaq. “WhatsApp” messencerinin “Android” mobil əməliyyat sistemi üçün olan versiyasında tutumu 100 meqabaytadək faylları paylaşmaq mümkün olacaq, “iOS” sistemi ilə işləyən qurğuların istifadəçiləri üçün bu göstərici 128 meqabayt təşkil edəcək.

Mütəxəssislər hesab edirlər ki, göndərilən faylların tutumuna qoyulan məhdudiyyətlər gələcəkdə dəyişdirilə bilər.

“WhatsApp” messencerinin beta testerləri artıq proqramın yeni versiyasına giriş əldə ediblər, adi istifadəçilər üçün yeniləmə yaxın həftələrdə əlçatan olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.