DÜNYA


“WhatsApp” messencerinə “GIF” şəkillərin axtarış imkanı əlavə edilib

Bakı, 12 yanvar, AZƏRTAC

“WhatsApp” messencerinin beta versiyasının son yeniləməsində “GIF” şəkillər üzrə axtarış funksiyası əlavə edilib. İndi mobil tətbiqdən çıxmadan “GIF” formatlı şəkillər əlavə etmək mümkündür. Bir ay əvvəl “WhatsApp” messenceri “GIF” şəkilləri dəstəkləməyə başlayıb, amma o vaxt yalnız konkret qurğuda saxlanılmış şəkilləri əlavə etmək mümkün idi. İndi isə “Giphy” kitabxanasından istifadə əlçatandır. Həmçinin əlavə edilən şəkillərin limiti (10-dan 30-dək) artırılıb.

AZƏRTAC “4pda.ru” saytına istinadən xəbər verir ki, mətn sahəsindən solda yerləşən “Emodzi” düyməsi vasitəsilə “GIF” şəkillərin axtarışına başlamaq mümkündür. Açılan pəncərədə emodzi və “GIF” fayllar arasında keçid etmək imkanı mövcuddur. Sonuncu vərəq ən populyar “GIF” şəkilləri göstərir. Həmçinin açar sözlər üzrə “Gyphy” bazasında axtarış seçimi əlçatandır.

“GIF” şəkillər üzrə axtarış imkanı messencerin beta versiyasında (1.27.7) istifadəyə verilib, ancaq yaxın vaxtlarda bu funksiya messencerin sabit versiyasına əlavə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.