DÜNYA


“WhatsApp” müxtəlif rəngli mətn statuslarını sınaqdan keçirir

Bakı, 5 avqust, AZƏRTAC

"WhatsApp" rəngli mətn statuslarını sınaqdan keçirməyə başlayıb. Bu seçim əvvəlcə "Android" sistemindən istifadə edən "Facebook" istifadəçiləri üçün əlçatan olub, bundan sonra başqa platformalarda tətbiq edilib, indi isə növbə messencerlərə çatıb.

AZƏRTAC “therunet.com” saytına istinadən xəbər verir ki, bu messencerin "Android" platformasında işləyən 2.17.291 beta-versiyasından istifadə edənlərin bəziləri üçün yeni funksiyaya giriş əlçatandır. Foto ikonkasını mətn mesajına keçirmək üçün statuslardan ibarət vərəqə keçmək və sağ tərəfdən aşağıda karandaş işarəsinin üzərinə sıxmaq lazımdır.

Bundan sonra mətni daxil etmək, ona emodzi əlavə etmək, şrifti və fonun rəngini seçmək mümkündür. Üzərində təyyarə şəkli olan yaşıl düymənin üzərinə sıxdıqdan sonra hazır statuslardan ibarət pəncərə açılır.

"WhatsApp" avtomatik silinən statusları 6 ay öncə təqdim edib. İstifadəçilər şəkillər dərc edərək, öz dost və yaxınlarını nə ilə məşğul olduqları barədə xəbərdar edirlər. Bu şəkillər 24 saatdan sonra avtomatik silinir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.