DÜNYA


“WhatsApp” öz istifadəçiləri haqda məlumatları “Facebook”la paylaşacaq

A+ A

Bakı, 26 avqust, AZƏRTAC

"WhatsApp" messenceri öz istifadəçiləri haqda məlumatları "Facebook" sosial şəbəkəsi ilə paylaşacaq. Bu haqda xidmətin nümayəndələri məlumat verib.

AZƏRTAC "vesti.ru"ya istinadən xəbər verir ki, 2014-cü ildə "Facebook" şirkəti "WhatsApp" messencerini 19 milyard dollara satın aldıqda messencerin yaradıcısı Yan Koum bildirmişdi ki, onun xidməti heç vaxt istifadəçilər haqda məlumatları toplamayıb və bu qaydanı dəyişdirməyi düşünmür.

İndi isə "Facebook" ona məxsus müxtəlif xidmətlərdən ("Instagram", "Messenger", "WhatsApp") istifadəçilər haqda informasiyaları tutuşdurmaqla hər bir şəxs barəsində ətraflı "dosye" yaratmaq istəyir. Bu, reklam göstəricisini yaxşılaşdırmaq naminə edilir.

Həmçinin "Facebook" messencerdən toplanmış məlumatlar əsasında istifadəçiyə yeni dostlar təklif edəcək. Bundan başqa, "WhatsApp" rəhbərliyi söz verir ki, istifadəçilər haqda məlumatların "Facebook"a ötürülməsi messencerdə spamla daha effektiv mübarizə aparmağa kömək edəcək.

Bu xidmət, eyni zamanda, iş adamlarına çat vasitəsilə istifadəçilərlə birbaşa ünsiyyət saxlamaq imkanı yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.