ELM VƏ TEXNOLOGİYA


“Wi-Fi” qəbuledicisinin optik analoqu yaradılıb

A+ A

Bakı, 24 iyul, AZƏRTAC 

"Facebook Connectivity Lab" laboratoriyasının mütəxəssisləri hava ilə ötürülən optik rabitə siqnallarının aşkarlanması üçün yeni konseptual yanaşma təqdim ediblər.

AZƏRTAC “ictnews” saytına istinadla xəbər verir ki, yeni texnologiya ucqar yerləri internetlə təmin etməyə imkan verəcək sürətli simsiz optik şəbəkələr üçün əsas ola bilər. Laboratoriya dünyada təxminən dörd milyard insanı internetə çıxışla təmin edəcək texnologiyaların hazırlanması ilə məşğuldur. Tədqiqatçıların sözlərinə görə, insanların çox hissəsi simsiz rabitə infrastrukturunun əlçatan olmadığı yerdə - əsasən kənd yerlərində yaşamasına görə internetə qoşulmaq imkanından məhrumdur. Biz insanların bir-birindən uzaq yaşadığı ərazilər üçün optimallaşdırılan kommunikasiya texnologiyalarını inkişaf etdiririk.

Tədqiqatda “facebook” mütəxəssisləri işığı toplamağa və onu kiçik fotodetektorda cəmləşdirməyə imkan verən ənənəvi optika əvəzinə flüoressent materiallardan istifadə metodunu nümayiş etdiriblər.

“Facebook Connectivity Lab” əməkdaşı Tobias Tike qeyd edib ki, biz bir rəngi udan, digərini buraxan flüoressent optik liflərdən istifadəni nümayiş etdirdik. Optik liflər geniş ərazidə istənilən istiqamətdən gələn işığı udur və optik lifin içindən keçən şüalanan işıq onu kiçik, lakin sürətli fotodetektora göndərir.

Alimlər məlumatları saniyədə iki qiqabit sürətlə qəbul edən və ötürən “Wi-Fi” qəbuledicisinin analoqunu yaratmağa nail olublar. Alimlər qeyd ediblər ki, flüoressent optik liflərin udduqları rəngdən fərqli rəngi şüalandırması faktı sistemə daxil olan işığın parlaqlığını artırmağı mümkün edib. Bu yanaşmadan günəş işığının toplanması üçün rəng dəyişkənliyinin əhəmiyyət kəsb etmədiyi lüminessent konsentratorlarda istifadə olunub.

Tədqiqata görə, texnologiya informasiyanı ötürücü və qəbuledici bir-birini bilavasitə görəcək vəziyyətdə yerləşməyəndə göndərməyə imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.