ELM VƏ TEXNOLOGİYA


“Wi-Fi” şəbəkəsinin sürəti 10 dəfə artırılacaq

A+ A

Bakı, 25 avqust, AZƏRTAC

Massaçusets Texnologiya İnstitutunun (MIT) mühəndislərinin “Wi-Fi” şəbəkəsinin idarə edilməsi üçün hazırladıqları yeni üsul böyük tədbirlərdə internetin təmin olunması ilə bağlı problemləri aradan qaldırmağa kömək edəcək.

AZƏRTAC “Popmech” saytına istinadən xəbər verir ki, “MegaMIMO 2.0” adlanan yeni alqoritmlər sınaqdan keçirilib. Tədqiqatlar zamanı bağlantı sürətinin ənənəvi texnikalarla müqayisədə üç dəfədən çox artımına nail olunub.

Qeyd edək ki, “MegaMIMO 2.0” adı bu gün simsiz rabitə kanallarının buraxılış qabiliyyətini artırmaq üçün hər yerdə istifadə edilən “MIMO” (Multiple Input Multiple Output) siqnal kodlaşdırılması metodundan götürülüb. Texnologiya müəlliflərindən olan Əfzələddin Hüseyn Həmidin sözlərinə görə, yeni alqoritmlər bağlantı sürətini 10 dəfə artırmaq potensialına malikdir.

Yeni texnologiya hələ ki, stadion və konsert meydançalarında sınaqdan keçirilməyib. Mütəxəssislərin sözlərinə görə, bu texnologiyanın həyata keçirilməsi üçün uzun müddət tələb olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.