SİYASƏT


“Wikipedia”nın özbəkdilli versiyası Azərbaycanla bağlı materiallarla zənginləşdirilir

Daşkənd, 19 iyul AZƏRTAC

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi və təşəbbüsü ilə yaradılan “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasının (BEE) Azərbaycan ilə bağlı özbəkdilli versiyasında “Xocalı soyqırımı” adlı bölmə istifadəyə verilib.

“Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasının Azərbaycan ilə bağlı özbəkdilli versiyası 2016-cı ildə istifadəyə verilib və ötən müddət ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Prezident İlham Əliyev, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xankəndi, Şuşa şəhərləri, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, ermənilərin Qarabağa köçürülməsi, İrəvan şəhəri, İrəvan Dövlət Dram Teatrı, Qız Qalası və onun tarixi, Şəki şəhəri və Şəki xanlarının sarayı adlı bölmələr yaradılıb, mətnlər şəkillərlə zənginləşdirilib.

Materialları özbək dilinə şair və tərcüməçi Usman Kuçkar, jurnalist Rüstəm Cabbarov və tərcüməçi Şəhla Qasımova tərcümə edir.

Səhifə ilə bu linkdən tanış olmaq mümkündür: https://uz.wikipedia.org/wiki/Xodjali_genotsidi

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.