ELM VƏ TEXNOLOGİYA


“Wikiverse” saytı istifadəyə verilib

A+ A

Bakı, 23 avqust, AZƏRTAC

Dünyanın ən böyük internet-ensiklopediyası olan “Wikipedia”da yer alan məlumatları interaktiv 3D-xəritə şəklində əks etdirən “Wikiverse” saytı istifadəyə verilib.

AZƏRTAC hitech.vesti.ru saytına istinadən xəbər verir ki, klaviaturada oxları sıxmaqla “biliklər kainatı” üzrə hərəkət etmək, maus vasitəsilə isə miqyası dəyişdirmək mümkündür. Proqramçı Ouen Kornes tərəfindən hazırlanmış “Wikiverse” layihəsində müxtəlif məqalələr və saytın bölmələri arasında əlaqə əyani olaraq göstərilib. Onlayn-ensiklopediya böyük kürəni, hər bir ulduz ayrı-ayrı məqalələri bildirir. “Bürclər” isə bir-birinə istinad edən məqalələri formalaşdırır.

Qeyd edək ki, 3D-modelin hazırlanmasına böyük vəsait tələb olunduğundan “Wikiverse” layihəsi bütün ensiklopediyanı deyil, onun yalnız kiçik bir hissəsini (məqalələrin 5 faizini, və ya ingilis dilində 250 min məqaləni) əks etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.