CƏMİYYƏT


“Wiley” online kitabxana platformasına həsr olunan seminar keçiriləcək

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Bakı Dövlət Universitetində (BDU) “Wiley online kitabxana platformasından istifadə qaydaları”na həsr olunan seminar keçiriləcək.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, seminarda “Wiley”nin region üzrə satış meneceri Conathan Vinne və Azərbaycan, Türkiyə, Özbəkistan üzrə satış meneceri Duygu Pacalin məruzə ilə çıxış edəcəklər.

Eyni zamanda, “Azərbaycan elmi dünya çapında”, “Azərbaycan elminə “Wiley” tərəfindən baxış”, “Wiley online kitabxana platformasından istifadə qaydaları” və digər mövzular ətrafında müzakirələr aparılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.