İQTİSADİYYAT
“William Grant & Sons” dəyəri 35 milyon avro olan “Tullamore Distillery” viski zavodu açıb
Zavodun açılış mərasimində İrlandiyanın kənd təsərrüfatı, qida sənayesi və dəniz donanması naziri Saymon Koveni, “William Grant and Sons” müəssisəsinin baş direktoru Stella Devid, zavodun brend direktoru Kaspar MakRay və şirkətin fəxri işçiləri iştirak ediblər.
Bildirilib ki, Tullamor şəhərində viski istehsalına 185 il bundan əvvəl başlanılıb. Məqsəd brendin qurulması və uzunmüddətli investisiyalardır. Diqqətə çatdırılıb ki, Mərkəzi Avropa, Skandinaviya, Şimali Amerikadan olan istehlakçılar, Cənubi Afrika, Ukrayna, Belarus, Gürcüstan və Azərbaycan kimi inkişaf edən ölkə bazarları “Tullamore D.E.W.”ın və irland viskisinin uğurlarını diqqətlə izləyirlər.
“Tulamore D.E.W.” bu il məhdud sayda butulka istehsal edib. Şüşənin üzərində “Phoenix Single Batch Tullamore D.E.W.” eksklüziv ifadə əks olunub. Bu, 1785-ci ildə hava şarının partlayışı nəticəsində şəhərin dağılmasından sonra bərpasının şərəfinədir.
“Tullamore Distillery” – 100 il ərzində İrlandiyada tikintisi sıfırdan başlayan ilk zavoddur və “William Grant and Sons” tərəfindən həyata keçirilən ən iri layihələrdən biridir. Zavod illik istehsal gücü 1,5 milyon yeşik viski istehsal edə biləcək. Yeni zavodun tikintisi hazırda dünyada ikinci ən iri irland viskisi istehsalçısı olan “Tullamore D.E.W.” viskisinə dünyada artan tələbatı ödəyəcək. “Tullamore D.E.W.” Azərbaycanda 2014-cü ildən etibarən təqdim olunur.