DÜNYA


“Windows 10” sistemi əsasında sosial şəbəkə yaradılacaq

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

“Microsoft” korporasiyası bu yaxınlarda “Windows 10” əməliyyat sistemini tam yeniləyərək istifadəçilərə kompüter ekranında seçilmiş kontaktları yerləşdirməyə imkan verən “MyPeople” funksiyasını istifadəyə verəcək.

AZƏRTAC “DNI24” resursuna istinadla xəbər verir ki, ABŞ korporasiyası nümayəndələrinin fikrincə, bu, başqa insanlarla həm elektron poçt, həm də digər əlavələr vasitəsilə rabitə əlaqəsi qurmağı asanlaşdıracaq. “MyPeople” funksiyası vacib kontaktları seçərək onların şəklini əməliyyat sistemi panelində göstərəcək, eləcə də şəkilin üzərinə faylı gətirərək onu poçt bildirişi və ya “Skype” vasitəsilə göndərmək mümkün olacaq.

Məlumata görə, elektron poçt əlavəsi və ya “Skype”a gələn bildirişlərin çeşidlənməsi qaydasında da dəyişikliklər gözlənilir. Bundan sonra seçilmiş kontaktlardan alınan bildirişlər daha yüksək prioritetə malik olacaq və başqalarından yuxarıda göstəriləcək. “MyPeople” dərhal bir neçə əlavə ilə işləməyə imkan verərək kontaktları eyni anda cavablandırmağa imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.