DÜNYA


“Wizz Air” aviaşirkəti Bolqarıstanda ikinci baza açır

Sofiya, 16 dekabr, AZƏRTAC

Azərbaycanda da fəaliyyət göstərən “Wizz Air” şirkəti 2017-ci ildə Bolqarıstanın Varna şəhərində 27-ci bazasını açmaq qərarına gəlib. Bazada “Airbus 320” təyyarəsi dayanacaq. Varna aeroportu Sofiyadan sonra Bolqarıstanda “Wizz Air” şirkətinin bazası olacaq ikinci aeroportdur. Sofiyada şirkətin yeddi təyyarəsi dayanır. Hazırda Varnaya şirkət tərəfindən ucuz uçuşlar həyata keçirilir. Baza açıldıqdan sonra isə bu uçuşların sayı yeddi dəfə artacaq. Paytaxt və Varnadan başqa aviaşirkət Burqas şəhərinə də uçuşlar həyata keçirir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.