CƏMİYYƏT
“Wowoman:HR Academy”nin təlim proqramlarına yekun vurulub VİDEO
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycanın “Wowoman” təşkilatı tərəfindən keçirilən “HR Academy”ni təlim proqramlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, bununla bağlı sentyabrın 17-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) forum keçirilib.
“Wowoman:HR Academy” layihəsinin rəhbəri Çinarə Əliyeva təlim proqramlarının nəticələri barədə məlumat verib. Qeyd olunub ki, “HR Academy” proqramı qadınlara təmənnasız olaraq insan resursları (HR) üzrə qabiliyyətlərini inkişaf etdirməyə kömək edən təlim kursudur. Tədbir iştirakçıları insan resurslarının müxtəlif sahələri üzrə məlumatlandırılıblar. Kurslara Azərbaycanın “Deloitte”, BP, “European Tobacco”, “Azercell Telekom”, “Keel Academy” şirkətlərinin mütəxəssisləri cəlb olunublar. İki ay davam edən təlim kurslarında 35 qadın iştirak edib. Oktyabrın sonunda layihənin ikinci mərhələsinə başlanılacaq.
Tədbirdə “Kapital Bank”, “Edumedia”, “YARAT Contemporaru Art Space” və digər şirkətlərinin mütəxəssislərinin mövzu ilə bağlı çıxışları dinlənilib.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.