Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

XƏZƏR DƏNİZİNDƏ AZƏRBAYCAN DÖVLƏT XƏZƏR DƏNİZ GƏMİÇİLİYİNİN “MERKURİ-2” BƏRƏSİNİN QƏZAYA UĞRAMASI İLƏ ƏLAQƏDAR DÖVLƏT KOMİSSİYASININ YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

2002-ci il oktyabrın 22-də Xəzər dənizində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Merkuri-2” bərəsinin qəzaya uğraması ilə bağlı xilasetmə işlərini təşkil etmək və hadisənin səbəblərini araşdırmaq məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Merkuri-2” bərəsinin qəzaya uğraması ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Komissiyanın sədri

Artur Rasizadə - Azərbaycan Respublikasının Baş naziri

Komissiyanın üzvləri

Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini

Zakir Qaralov – Azərbaycan Respublikasının Baş prokuroru

Fərhad Əliyev – Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

Ziya Məmmədov – Azərbaycan Respublikasının nəqliyyat naziri

Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Xələf Xələfov – Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini

Şahin Sultanov – Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı

Natiq Əliyev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Aydın Bəşirov – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi

Cahangir Əsgərov – “Azərbaycan Hava Yolları” Dövlət Konserninin Baş direktoru

Tofiq Əliyev – Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi sədrinin müavini

2. Dövlət Komissiyasına tapşırılsın ki,

- təxirəsalınmaz xilasetmə işlərini həyata keçirsin;

- hadisənin baş vermə səbəblərini və şəraitini araşdırsın;

- öz işi haqqında mütəmadi məlumat versin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin