SİYASƏT


XİN: Bu fikirlərin Çexiyanın Ermənistandakı səfiri tərəfindən söyləndiyi araşdırılacaq

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Çexiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edərək həqiqətən bu fikirlərin Çexiyanın Ermənistandakı səfiri tərəfindən söyləndiyini araşdıracaq. Çexiyanın Azərbaycandakı səfiri də məsələ ilə əlaqədar XİN-ə çağırılacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Çexiyanın Ermənistandakı səfirinin açıqlamasını şərh edən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O deyib: Əgər həqiqətən belə fikirlər Çexiya səfiri tərəfindən deyilibsə, bu qanuna və beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Əksinə bu kimi açıqlaması ilə çex səfiri cinayət tərkibi olan hüquqi məsələləri siyasiləşdirir.

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və konstitusiya əsaslarının pozulmasına açıq çağırışlar edən, qanunsuz kriminal rejimlə iş birliyinə girən, etnik və dini zəmində nifaq yaradan fərdlərə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işi açılır.

Onlardan biri də Avropa Parlamentinin üzvü statusundan sui-istifadə edərək erməni lobbisinin maliyyəsi ilə işğal olunmuş Azərbaycan ərazilərinə səfərlər edən və bu kimi qeyri-qanuni fəaliyyətləri həyata keçirən Çexiya vətəndaşı Yaromir Ştetinadır.

Səfirə xatırlatmaq istərdik ki, Çexiya Respublikasının Cinayət Məcəlləsinin IX və X Fəslinə və müvafiq olaraq 309, 310, 323 və 324-cü maddələrinə əsasən Çexiya dövlətinin ərazi bütövlüyü, suverenliyi, konstitusiya əsası və dövlət hakimiyyətinə qarşı fəaliyyətə görə 10 ildən 18 ilə qədər ağır cəza nəzərdə tutulur.

Yəni, Yaromir Ştetina Azərbaycanın işğal olunmuş ərazilərində etdiyi bu fəaliyyəti Çexiyada etsəydi, onu belə ağır cəza gözləyirdi.

Amma Yaromir Şetinanın eyni tərkibli cinayət əməllərini Azərbaycanın işğal olunmuş ərazilərində etməsinin qarşısını almaq üçün Çexiya hakimiyyət orqanları tərəfindən lazımi tədbirlər görülmür”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.