SİYASƏT


XİN: Bu gün Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək

Bakı, 11 iyul, AZƏRTAC

ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında iyulun 11-də Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Görüş yerli vaxtla 19.00-da baş tutacaq.

Bu barədə AZƏRTAC-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticəyönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.