SİYASƏT


XİN: Peru Azərbaycanda səfirlik açmaq istəyir

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

Peru Respublikasının Xarici İşlər Nazirliyindən daxil olmuş notada həmin ölkənin siyasi-diplomatik, iqtisadi-ticarət, investisiya, mədəni və bir çox digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədilə yaxın zamanlarda iqamətgahı Bakı şəhərində olmaqla Azərbaycanda səfirlik açmaq niyyəti ifadə olunub.

XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Peru Respublikasının bu qərarını alqışlayır və səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafına töhfə verəcəyini bildirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.