REGİONLAR


XI sinif şagirdi: Maarifləndirici tur-aksiya biz məktəblilərə ölkəmizi daha yaxından tanımağa imkan verir

A+ A

Şəki, 19 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan “Ölkəmizi tanıyaq” layihəsinin iştirakçısı olduğum üçün çox sevinirəm. Ölkəmizin dilbər guşələri ilə tanışlıq hər birimizin ürəyincədir. Kitablarda, dərsliklərdə oxuduğumuz, televiziya ekranlarından izlədiyimiz tarixi-mədəni abidələri seyr etdikcə Azərbaycanın necə qədim tarixə malik ölkə olduğunu görürük.

Bu sözləri tur-aksiyanın iştirakçısı, Tovuz şəhərindəki A.S.Puşkin adına tam orta məktəbin XI sinif şagirdi Azad Vəliyev Şəkidə AZƏRTAC-a müsahibəsində bildirib.

Maarifləndirici tur-aksiyaların əhəmiyyətini yüksək qiymətləndirən Tovuz məktəblisi deyib: “Bu layihə biz məktəblilərə ölkəmizi daha yaxından tanımağa imkan verir. Ona görə də Prezidentimizə dərin təşəkkürümüzü bildirir və belə layihələrin davamlı olmasını arzulayırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.