Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

XÜSUSİ MAŞINQAYIRMA VƏ KONVERSİYA SƏNAYESİ MÜƏSSİSƏLƏRİNİN ÖZƏLLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

İqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi və investisiyaların cəlb olunması yolu ilə iqtisadiyyatın daha sürətlə inkişafına nail olmaq və onun səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq qərara alıram:

1.Xüsusi maşınqayırma və konversiya sənayesinin aşağıdakı müəssisələri özəlləşdirməyə açıq elan edilsinlər:

-“Ulduz” Elm İstehsalat Birliyi;

-“Billur” Elm İstehsalat Birliyi;

-Gəncə “Cihaz” İstehsalat Birliyi;

-“Sənayeavtomatika” İstehsalat Birliyi;

-Şəmkir “Sənayecihaz” Təcrübə zavodu;

-Tovuz Xüsusi Texnoloji Avadanlıqlar zavodu;

-Daşkəsən Hesablama Texnikası Vasitələri zavodu;

-“Radioquraşdırma” İstehsalat Birliyinin Neftçala filialı;

-“Fizcihaz” zavodu;

-Naxçıvan “Araz” Təcrübə zavodu;

-“Azon” zavodunun II növbəsi;

-Peyk zavodu;

-Bakı Xüsusi Quraşdırma və Sazlama İdarəsi;

-Əli Bayramlı “Araz” zavodu;

-Naxçıvan “Elektrotexnika” zavodu;

-Tərtər “Elektromexanika” zavodu;

-Lənkəran Təcrübə “Cihazqayırma” zavodu;

-Lənkəran “Kondensator” zavodu;

-Siyəzən “Kondensator” zavodu;

-Xaçmaz “Kondensator” zavodu;

-Qəbələ “Radio” zavodu;

-Azərbaycan Milli Aerokosmik Agentliyinin Qusar filialı;

-Azərbaycan Milli Aerokosmik Agentliyinin Lənkəran filialı;

-Azərbaycan Milli Aerokosmik Agentliyinin Təcrübə zavodu;

-Elektron Hesablayıcı Maşınlar zavodunun Masallı filialı;

-Cəlilabad Avtomat Telefon Stansiyası zavodu;

-Tovuz kərpic zavodu;

-“Xəzri” Tikinti Quraşdırma İdarəsi;

-Maddi Texniki Təchizat İdarəsi.

2.Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu Sərəncamın 1-ci bəndində göstərilən müsəssisələrin qanunvericiliklə müəyyən olunmuş qaydada səhmdar cəmiyyətlərinə çevrilməsini və özəlləşdirilməsini təmin etsin.

3.Azərbaycan Respublikası Xüsusi Maşinqayırma və Konversiya Komitəsinin, özəlləşdirməyə açıq elan edilmiş müəssisələrin rəhbərlərinə tapşırılsın ki, həmin müəssisələr səhmdar cəmiyyətlərinə çevrilənədək və ya özəlləşdirilənədək onların idarə olunmasına və əmlakının qorunub saxlanılmasına şəxsən məsuliyyət daşıyırlar.

4.Müəyyən edilsin ki, bu Sərəncamla özəlləşdirməyə açıq elan edilmiş müəssisələrin özəlləşdirilməsində yerli investorlarla yanaşı, xarici investorların da iştirakına icazə verilir.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 mart 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin