İDMAN


XV Yay Paralimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarı İlham Zəkiyev olacaq

A+ A

Bakı, 22 iyul, AZƏRTAC

XV Yay Paralimpiya Oyunlarının bayraqdarı müəyyənləşib. Mötəbər yarışda üçrəngli bayrağımızı ikiqat Paralimpiya çempionu, "Bakı-2015" ilk Avropa Oyunlarının qalibi İlham Zəkiyev aparacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov iyulun 22-də jurnalistlər üçün təşkil olunan mətbuat konfransında deyib.

İ.Rəhimov bildirib ki, Azərbaycan millisi sentyabrın 2-də Rio-de-Janeyroya yola düşəcək. Paralimpiya Oyunlarının açılış mərasimi sentyabrın 7-də, bağlanışı isə 18-də təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.