İDMAN


XV Yay Paralimpiya Oyunlarının ilk günündə Azərbaycanın 7 idmançısı mübarizəyə qoşulacaq

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC 

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarının ilk günündə - sentyabrın 8-də Azərbaycanın 7 idmançısı mübarizəyə qoşulacaq.

AZƏRTAC xəbər verir ki, ilk olaraq Azərbaycan cüdoçuları tatami üzərinə çıxacaqlar. Millimizin üzvü Ramin İbrahimov (60 kq) argentinalı Eduardo Qauto ilə qarşılaşacaq. Bayram Mustafayev (66 kq) isə Migel Vieyra (Portuqaliya) – Halison Oliviera Boto (Braziliya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Atletika yarışlarında isə üç idmançımız çıxış edəcək. Elçin Muradov uzunluğa tullanma, Elmir Cəbrayılov 400, Yelena Çebanu isə 100 metr məsafəyə qaçış yarışlarında güclərini sınayacaqlar.

Dmitri və Roman Saley qardaşları isə üzgüçülüyün batterflay növündə yarışacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.