İDMAN


XXXI Yay Olimpiya Oyunlarının “Sülh lövhəsi” təqdim olunub

A+ A

Bakı, 2 avqust, AZƏRTAC 

Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarının “Sülh lövhəsi”nin təqdimatı olub.

AZƏRTAC “Rio-2016”nın rəsmi saytına istinadla xəbər verir ki, Olimpiya Kəndində açılan “Sülh lövhəsi” müxtəlif xalqların birliyini nümayiş etdirir. “Sülh lövhəsi” 2000-ci ildə Sidneydə keçirilən Olimpiadadan etibarən istifadə olunur. Sülh və dostluğu tərənnüm edən lövhəyə atletlər ürək sözlərini yazırlar.

Mərasimdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, “Rio-2016”nın prezidenti Karlos Nuzman, Olimpiya Kəndinin rəhbəri Janet Arkeyn, eləcə də Braziliyada yaşayan 26 qaçqın uşaq iştirak edib.

Tomas Bax bildirib ki, Olimpiya Kəndi insanlar arasında sülhü və birlikdə yaşamağı tərənnüm edir. Dünyanın müxtəlif ölkələrindən olan idmançıların bu kənddə dostluq şəraitində yaşamaları bəşəriyyətə bir mesajdır.

İnsanların sülh şəraitində yaşamasının xəyal olmadığını bildirən Karlos Nuzman Rio-de-Janeyroda belə bir şəraitin mövcudluğunu yüksək qiymətləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.