İDMAN


XXXI Yay Olimpiya Oyunlarının beşinci günündə 6 Azərbaycan idmançısı mübarizə aparacaq

A+ A

Bakı, 10 avqust, AZƏRTAC

XXXI Yay Olimpiya Oyunlarının beşinci günündə - avqustun 10-da Azərbaycanın 6 atleti mübarizə aparacaq. Atletlərimiz idmanın beş növü – boks, kanoe, üzgüçülük, cüdo və idman gimnastikası üzrə yarışacaqlar.

AZƏRTAC xəbər verir ki, ilk olaraq mübarizəyə cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) başlayacaq. İdmançımızın ilk rəqibi rusiyalı Kirill Denisov olacaq. Görüş Bakı vaxtı ilə 18:56-da başlayacaq.

Kanoe-slalom yarışlarına isə saat 21:30-da start veriləcək. Finala vəsiqə uğrunda yarışda idmançımız Yuri Meqliç 14 rəqibinə qarşı mübarizə aparacaq.

Mötəbər yarışda 91 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Abdulqadir Abdullayev ikinci görüşünə çıxacaq. İlk görüşündə fransalı idmançı Paul Omba Bionqolonu yarışdan kənarlaşdıran boksçumuz dörddəbir finalda özbəkistanlı Rustam Tulqanovdan üstün olmağa çalışacaq. Boksçumuzun görüşü saat 21:45-də başlayacaq.

İdman gimnastımız Oleq Stepko da bu gün mübarizə aparacaq. Təsnifat mərhələsində 6 hərəkətin cəmində 86.208 xal toplayaraq finala yüksələn gimnastımız medallar uğrunda yarışacaq.

Üzgüçülərimiz də starta hazırdırlar. Belə ki, Fatimə Alkərəmova 100 metr məsafəyə sərbəst, Boris Kirillov isə 200 metr məsafəyə arxasıüstə üzgüçülük yarışlarında qüvvəsini sınayacaq. Qadınların yarışına saat 21:17-də, kişilərin mübarizəsinə isə saat 21:40-da start veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.