İDMAN


XXXI Yay Olimpiya Oyunlarının ikinci günündə idmançılar 14 dəst medal uğrunda yarışacaqlar

A+ A

Bakı, 7 avqust, AZƏRTAC

Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının ikinci günündə idmançılar 14 dəst medal uğrunda yarışacaqlar.

AZƏRTAC xəbər verir ki, kişilər arasında 5, qadınların mübarizəsində isə 9 dəst medal sahibini tapacaq.

Kişilərin mübarizəsində cüdo (66 kq), qılıncoynatma (rapira), ağır atletika (56 kq), 100 metr məsafəyə brass üsulla və sərbəst üsulla estafet üzrə üzgüçülük yarışlarında qaliblər müəyyənləşəcək.

Qadınlar arasında isə 10 metr məsafəyə tapançadan atəşaçma, velosiped idmanı üzrə qrup şose, suya tullanma (3 metr hündürlükdən sinxron tullanma), trap növü üzrə atıcılıq, cüdo (52 kq), kamandan oxatma (komanda), ağır atletika (53 kq), 100 metr məsafəyə brass və 400 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında medallar sahibini tapacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.