İDMAN


“XX Corsican Circuit 2016” şahmat turnirinin qalibləri dünya çempionları ilə qarşılaşacaqlar

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC 

Sabah Fransanın Bastiya şəhərində “XX Corsican Circuit 2016” beynəlxalq şahmat turniri başlanır.

AZƏRTAC xəbər verir ki, əvvəlcə “Open Corsica Maestri” yarışı keçiriləcək. Yarışda 61 şahmatçı, o cümlədən 19 qrossmeyster iştirak edəcək. Turnir İsveçrə sistemi üzrə 9 turda keçiriləcək.

Yarışın yekununa əsasən turnirin rapid üzrə 1/8 finalının 12 iştirakçısı müəyyən ediləcək və azərbaycanlı qrossmeyster Teymur Rəcəbov, hindistanlı sabiq dünya çempionu Vişvanatan Anand, yerli şahmatçı Maksim Vaşye-Laqrav və qadınlar arasında dünya çempionu, çinli şahmatçı Xou İfan onlara qoşulacaq.

Oktyabrın 30-da turnirin final mərhələsi keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.