MƏDƏNİYYƏT


XX əsrin əvvəllərində Türkiyədə yaşamış görkəmli şəxsiyyətlərin irsinin tədqiqi məsələsi müzakirə edilib

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycan-türk ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, tanınmış yazıçı-publisist, maarifçi Əli bəy Hüseynzadənin şəxsi əşyaları və sənət əsərlərindən ibarət sərginin keçirilməsi ilə əlaqədar Bakıya gəlmiş İstanbul Universitetinin professoru, tarixi-etnoqrafik araşdırmaların müəllifi İbrahim Yıldırım iyunun 13-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan AZƏRTAC-a bildirilib ki, Fondun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun məqsəd və fəaliyyət istiqamətlərindən söz açıb, türkdilli xalqların tarixi-mədəni irsinin mühafizəsi və təbliğinin vacib əhəmiyyət kəsb etdiyini bildirib.

İ.Yıldırım türk dünyasına xas zəngin irsin qorunması və araşdırılması sahəsində Fond ilə əməkdaşlıq niyyətini ifadə edib, eləcə də Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə gələcəkdə bütövlükdə türk dünyası ilə bağlı layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb, o cümlədən XX əsrin əvvəllərində Türkiyədə yaşamış görkəmli şəxsiyyətlərin irsinin daha dərindən tədqiqi məqsədilə birgə tədbirlərin keçirilməsi müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.