REGİONLAR
X sinif şagirdi: “Ölkəmizi tanıyaq” tur-aksiyasında maariflənməklə yanaşı, yeni dostlar da qazandıq
Qəbələ, 17 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya Samux rayonundan qoşulmuşam. Bu ekskursiya şəxsən mənim həyatımda çox böyük hadisədir və tur-aksiyadan aldığım xoş təəssürat heç vaxt yaddaşımdan silinməyəcək. Bu tur-aksiya çərçivəsində biz ölkəmizin bölgələri ilə tanış olmaq üçün çox yaxşı fürsət əldə etmişik. Mən bu tur-aksiyada maariflənməklə yanaşı, yeni dostlar da qazandım.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Samux rayonu Sərkər kənd məktəbinin X sinif şagirdi Mikayıl Zeynalov deyib.
“Qəbələ mənə xoş təəssürat bağışladı. Biz burada keçirilən yaşıllaşdırma aksiyasında fəal iştirak etdik, rayonun keçmişi və bu günü barədə zəngin məlumat aldıq. Bu tur-aksiya məktəblilərin dünyagörüşünün zənginləşməsinə müsbət təsir göstərir. Prezidentimizin təşəbbüsü ilə reallaşan bu layihə biz məktəblilərə Azərbaycanın bölgələri ilə yaxından tanış olmaq üçün əla fürsətdir”, - deyə o bildirib.