REGİONLAR


Xaçmaz II Beynəlxalq dolma festivalına ev sahibliyi edir

Xaçmaz, 15 iyul, Elxan Yusifli, AZƏRTAC

Bu gün Xaçmazda II Beynəlxalq dolma festivalı keçirilir. Festivala 12 xarici ölkədən və Azərbaycanın 50-yə yaxın rayonundan 500-dən çox iştirakçı qatılacaq.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdiyi festivalda bölgələrimizdə, eləcə də dünyanın bir sıra ölkələrində müxtəlif çeşiddə bişirilən 300 növdə dolma sərgilənəcək.

Festival çərçivəsində, həmçinin xalq yaradıcılığı nümunələrinin sərgisi də təşkil olunacaq.

Qeyd edək ki, I Beynəlxalq dolma festivalı 2016-cı il iyulun 1-də Abşeron rayonunda keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.