REGİONLAR


Xaçmaz: Yeni dərs ili üçün yeni məktəb binası

A+ A

Xaçmaz, 31 avqust, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz şəhərindəki Abumüslüm Səlimov adına 7 nömrəli tam orta məktəbin yeni binasının tikintisi yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, iki mərtəbəli, 360 yerlik müasir məktəb binası yeni dərs ili ərəfəsində qapılarını müəllim və şagirdlərin üzünə açacaq. Dövlət vəsaiti hesabına inşa olunan yeni təhsil ocağında şagirdlərin keyfiyyətli təhsil almaları üçün hər cür şərait yaradılıb. Burada fizika və kimya laboratoriyaları, informatika kabineti, idman və akt zalı, kitabxana, tibb otağı fəaliyyət göstərəcək. Məktəbin ərazisində inşa olunan futbol meydançası və müxtəlif idman qurğuları şagirdlərin fiziki inkişafının təmin olunmasına xidmət edəcək.

Müasir istilik sistemi ilə təchiz edilən yeni məktəb binasının həyətində qazanxana və su çənləri inşa olunub.

Xaçmaz rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində nəzərəçarpacaq işlər görülüb. Son illər rayonda 40-dək məktəb binası tikilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.