REGİONLAR


Xaçmaz rayonunda 5 min hektar yeni fındıq bağı salınacaq

Xaçmaz, 10 dekabr, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz rayonunda qarşıdakı iki-üç il ərzində 5 min hektar fındıq bağının salınması nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bu il əkilməsi nəzərdə tutulan 2 min hektar sahədən 900 hektarında artıq işlər başa çatdırılıb.

Xaçmaz rayon kənd təssərrüfatı idarəsinin baş mütəxəssisi Qabil Ağabalayev ölkəyə valyuta gətirən bu məhsula son zamanlar tələbatın daha da artdığını bildirib. Bu da topraq mülkiyyətçilərini fındıq bağlarının sahəsini genişləndirməyə həvəsləndirir. Fındığın az zəhmət tələb etməsi və satış qiymətinin münasib olması fermerləri stimullaşdıran amillərdəndir.

Xaçmazda fındıq sahələrinin genişləndirilməsi məqsədilə xüsusi komissiya da fəaliyyət göstərir. Xaçmazlı təsərrüfatçılar ötən il rayon ərazisindəki 4 min 650 hektar fındıq bağından dörd min tona yaxn məhsul əldə edilblər.

Siyəzəndə də ilk dəfə fındıq bağları salınıb. Rayonun Həmyə kəndinin ərazisində 11 hektar sahədə tinglər əkilib. Siyəzən üçün qeyri-ənənəvi sahələrdən olan bağçılığın inkişaf etdirilməsi əsas istiqamətlərdəndir. Bu vaxtadək rayonda həyətyanı sahələrdə cəmi 10 hektara yaxın fındıq bağı olub. Yaxın bir neçə il ərzində fındıq bağlarını 100 hektara çatdırmaq planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.