REGİONLAR


Xaçmazda 25 il fəaliyyətsiz qalan kinoteatrda əsaslı təmirdən sonra ilk film nümayiş etdirilib VİDEO

Xaçmaz, 27 iyun, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz şəhərində 25 ildən artıq müddətdə fəaliyyətsiz qalan kinoteatrda əsaslı təmirdən sonra ilk film nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, rayondakı Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən “Xəzər” kinoteatrının binası tamamilə yenidən qurularaq filmlərin yüksək səviyyədə nümayişi üçün müasir avadanlıqla təchiz edilib.

İlk filmin təqdimatı münasibətilə təşkil olunan mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri, Azərbaycanın tanınmış kino və incəsənət xadimləri və filmi izləməyə gələn kinosevərlər iştirak ediblər.

Xaçmaz regional mədəniyyət və turizm idarəsinin rəisi Nazim Ağayev məlumat verib ki, müasir kinoteatr binasında 300 nəfərlik iclas və konsert zalları mövcuddur. Əvvəllər baxımsız vəziyyətdə olan kinoteatr binasında bundan sonra film və müxtəlif səhnə əsərləri nümayiş etdiriləcək ki, bu da rayon sakinlərinin istirahət vaxtlarının daha səmərəli təşkili üçün əlavə imkanlar yaradır.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Xalq Artisti Afaq Bəşirqızı, Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə və başqaları da çıxışlarında regionlarda mədəniyyət ocaqlarının fəaliyyətinin əhəmiyyətindən danışıblar.

“Xəzər” kinoteatrında əsaslı təmirdən sonra ilk nümayiş etdirilən film Ülviyyə Könülün rejissorluğu ilə ekranlaşdırılan “Həddən artıq uyğunluq” bədii filmi olub. Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.