İQTİSADİYYAT


Xaçmazda Dağıstan malları mağazası açılacaq

A+ A

Moskva, 31 oktyabr, AZƏRTAC

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov “Dağıstanın qızıl payızı” adlı aqrar forumda çıxışında Azərbaycan ilə sıx əməkdaşlığın vacibliyini qeyd edib. “Rusiya Prezidenti Vladimir Putin deyib ki, Dağıstan Azərbaycan-Rusiya münasibətlərinin baza regionuna çevrilməlidir”,- deyən Ramazan Abdulatipov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanda da Dağıstanla əlaqələrin genişləndirilməsi istiqamətində işlər görülür.

R.Abdulatipov deyib: “Azərbaycan ilə gələn ilin martında Xaçmazda Dağıstan mallarının satışı ilə məşğul olan böyük mağaza açılması barədə razılığa gəlmişik. Azərbaycanın iştirakı ilə Dağıstanda fındıq təsərrüfatının yaradılması da nəzərdə tutulub. Biz bu cür layihələrin sayını artırmaqla aqrar kompleksin inkişafını sürətləndirə bilərik”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.