REGİONLAR
Xaçmazda IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş müsabiqənin qalibləri seçilib
Xaçmaz, 26 aprel, Elxan Yusifli, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş respublika təsviri sənət müsabiqəsinin Xaçmazda keçirilən zona seçim turunun qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimi aprelin 26-da Heydər Əliyev adına İncəsənət Mərkəzində təşkil olunub. Fərqlənən təsviri sənət nümunələri 80-dən çox rəsm əsəri arasından seçilib. Seçim turuna Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Sumqayıt, Abşeron, Qubadlı və Qobustanı təmsil edən ümumtəhsil müəssisələrinin şagirdləri qatılıb.
Müsabiqə Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin təşkilatçılığı ilə 6-17 yaşlı məktəblilər arasında keçirilib. Seçim turunda 3 yaş kateqoriyası üzrə ilk üç yeri tutmuş əsərlər respublika müsabiqəsinə göndəriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]