REGİONLAR
Xaçmazda “Volvo” markalı yük avtomobili yanıb VİDEO
Xaçmaz, 15 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 15-i səhər saatlarında Gəndov–Yalama yolunun Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən hissəsində Rusiya Federasiyası vətəndaşı Abdulhacı Şıxmuradovun idarə etdiyi “Volvo” markalı yük avtomobili yanıb.
AZƏRTAC xəbər verir ki, sürücü Abdulhacı Şıxmuradov avtomobili vaxtında tərk edə bildiyindən xəsarət almayıb. Amma ona məxsus sənədlər yanaraq məhv olub. Sürücünün sözlərinə görə, yanğın kabinə hissəsində yerləşən soyuducunun mühərrikində başlayıb və tez bir zamanda bütün avtomobili əhatə edib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alov söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]