REGİONLAR
Xaçmazda aprel döyüşləri zamanı həlak olan şəhidlərin xatirəsi əbədiləşdirilir
Xaçmaz, 11 yanvar, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda aprel döyüşləri zamanı həlak olan şəhidlərin xatirəsi əbədiləşdirilir.
AZƏRTAC xəbər verir ki, Xaçmazdakı Şəhidlər Xiyabanında aprel döyüşlərində şəhid olan Yüzbəyov Əmrah Aydın oğlu, Qayıbov Elvin Sədrəddin oğlu və Mirzəyev Elvin Azadxan oğlunun xatirə lövhələri yaradılır.
Bununla yanaşı, rayon icra hakimiyyətinin təşəbbüsü ilə Şəhidlər Xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovun büstü qoyulacaq.
Xaçmazdakı Şəhidlər Xiyabanında 220-yə yaxın Qarabağ müharibəsi şəhidinin, 20 Yanvar şəhidi olan Xaçmaz rayon Uzunoba kənd sakini Zahid Abdullayevin, eləcə də 1988-ci ildə Ermənistanda baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq üçün köməyə gedən təyyarənin ermənilər tərəfindən vurulması nəticəsində həyatını itirən 15 xaçmazlının xatirəsi əbədiləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]