REGİONLAR


Xaçmazda baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

A+ A

Xaçmaz, 13 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Sentyabrın 13-ü səhər saatlarında Gəndov-Yalama yolunun Xaçmaz rayonunun Qaradağlı kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, Xaçmaz rayonunun Qalağan kənd sakini, 1991-ci il təvəllüdlü Asəf Rəsulovun idarə etdiyi 27 BM 998 dövlət nömrə nişanlı “VAZ-21110” markalı avtomaşın yolun kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb.

Yaralı dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq ilkin tibbi yardım göstərilib. Sürücünün həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.