REGİONLAR


Xaçmazda bitkilərə ziyan vuran “Amerika ağ kəpənəyi”nə qarşı kimyəvi mübarizə tədbirləri aparılır VİDEO

Xaçmaz, 15 iyun, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz rayonu ərazisində xüsusi təhlükəli zərərli orqanizmlərdən sayılan “Amerika ağ kəpənəyi”nə qarşı mübarizə tədbirlərinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları Quba-Xaçmaz zonasında 2 min hektara yaxın ərazidə müşahidələr aparıblar. Müşahidələr zamanı fərdi təsərrüfat sahələrində və parklarda əkilmiş məhdud sayda ağacların, eyni zamanda, meyvə bağlarındakı gavalı və tut ağaclarının “Amerika ağ kəpənəyi”nə yoluxduğu aşkar olunub.

Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Damət Sultanov bildirib ki, zərərvericilərin qısa müddətdə məhv edilməsi üçün həm mexaniki, həm də dövlət büdcəsi hesabına kimyəvi mübarizə tədbirləri həyata keçirilir.

“Amerika ağ kəpənəyi” ümumilikdə 250-dən çox bitki növünə ziyan vurur.

Ölkə ərazisində iyunun ilk günlərindən başlayan mübarizə tədbirləri “Amerika ağ kəpənəyi”nin birinci nəslinə qarşı aparılır. Bundan əvvəl Lənkəran-Astara zonasında və Bərdədə də müvafiq tədbirlər həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.