REGİONLAR


Xaçmazda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib VİDEO

Xaçmaz, 5 dekabr, Elxan Yusifli, AZƏRTAC

Dekabrın 4-də gecə saatlarında Xaçmazda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, qəza Gəndov-Yalama yolunun 29-cu kilometrliyində qeydə alınıb. 40 BE 882 dövlət nömrə nişanlı “VAZ- 2106” və 99 KF 374 dövlət nömrə nişanlı “VAZ 21015” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülər, Xaçmaz rayonu Müşkür kənd sakini 52 yaşlı Məmmədov Cəfər Abbas oğlu və 45 yaşlı Ağdam rayon sakini Yarəliyev Allahverən Zülfüqar oğlu hadisə yerində ölüb.

Masallı rayonunun Ərkivan kəndinin sakinləri, Cavid və Samir Cəfərov qardaşları isə qəzada xəsarət alıblar. Təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılara müvafiq tibbi yardım göstərilib. Vəziyyətləri orta ağır kimi qiymətləndirilən yaralıların həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.