CƏMİYYƏT


Xaçmazda ikimərtəbəli evdə yanğın baş verib

Bakı, 10 sentyabr, AZƏRTAC

Xaçmaz rayonunun Yataqoba kəndində ümumi sahəsi 240 kvadratmetr olan ikimərtəbəli beşotaqlı evdə güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində evin dam örtüyü 105 kvadratmetr sahədə, ikinci mərtəbədə iki otaq əşyaları ilə birlikdə 52 kvadratmetr sahədə yanıb.

Evə baxış zamanı 1953-cü il təvəllüdlü Nərgiz Ələsgər qızı Əsgərovanın yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub, alov söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.