REGİONLAR


Xaçmazda keçirilən voleybol üzrə zona birinciliyində 9 komanda mübarizə aparır VİDEO

A+ A

Xaçmaz, 16 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Sentyabrın 16-da Xaçmaz Olimpiya İdman Kompleksində İdman Məktəblərinin VIII Respublika Oyunları proqramına daxil olan voleybol üzrə yeniyetmələr arasında Azərbaycan çempionatının zona mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən turnirdə Bakı və Sumqayıt şəhərlərini, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Xızı, Qubadlı rayonlarını təmsil edən komandalar iştirak edirlər. Yarışa 9 komandanın tərkibində ümumilikdə 100-dən çox idmançı cəlb olunub.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Nicat Həsənov bildirib ki, 13-14 yaşlı oğlanlar arasında Azərbaycan çempionatının ilk mərhələsi ümumilikdə dörd zona üzrə keçirilir. Yarışlar 3 gün davam edəcək. Zona mərhələsində ilk iki yeri tutan komandalar ölkə çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar.

Respublika çempionatının finalı oktyabr ayında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.