MƏDƏNİYYƏT
Xaçmazda mədəni irsimizin mühafizəsinə həsr olunmuş treninq-seminar keçiriləcək
Bakı, 12 aprel, AZƏRTAC
Bu il Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin yaranmasının 60 ili tamam olur.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Belə ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Xaçmaz rayon Tarix-Diyarşünaslıq Muzeyində “MSXƏEBM 60: Mədəni irsi qorumaq naminə” adlı treninq-seminar təşkil olunacaq.
Seminar çərçivəsində sözügedən mövzuda fotosərginin təşkili də nəzərə tutulur.
Treninq-seminarların təşkili, həm də mərkəzin fəaliyyəti və yenidən bərpa işləri ilə ziyarətçiləri tanış etmək məqsədi daşıyır.
Tədbirə Xaçmaz, Şabran, Quba və Qusar rayonlarının muzey, mərkəz və qalereyalarının əməkdaşları dəvət olunub.