REGİONLAR
Xaçmazda meyvə bağlarının ümumi sahəsi artırılaraq 15 min 632 hektara çatdırılıb
Xaçmaz, 28 iyul, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda son illər meyvə bağlarının ümumi sahəsi xeyli artıb.
AZƏRTAC xəbər verir ki, hazırda rayonda mövcud olan meyvə bağlarının ümumi sahəsi artaraq 15 min 632 hektara çatıb. Bağların 4 min hektarında alma, 3 min hektarında fındıq, 1500 hektarında isə şaftalı yetişdirilir. Rayondakı üzümlüklərin sahəsi də artaraq 300 hektara çatdırılıb.
Həmçinin cari ildə 4 min 725 hektar sahədə tərəvəz əkilib. Son 6 ayda isə 12 min 240 ton tərəvəz məhsulları istehsal edilib.
Prezident İlham Əliyevin imzaladığı “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncama əsasən, 2007-2014-cü illər ərzində rayon üzrə kənd təsərrüfatı məhsulları istehsalçılarına 21,7 milyon manat, toxum istehsalçılarına isə 1,5 milyon manat məbləğində yardım verilib.