REGİONLAR


Xaçmazda növbəti qanvermə aksiyası keçiriləcək

Xaçmaz, 19 iyul, Elxan Yusifli, AZƏRTAC 

İyulun 20-də Xaçmaz rayonunda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə növbəti qanvermə aksiyası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, aksiya Səhiyyə Nazirliyi B.Eyvazov adına Hematologiya, Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankı və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunacaq.

Qanvermə aksiyasına saat 09:30-da start veriləcək. Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları mərkəzi rayon xəstəxanasının tibb heyəti ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan götürəcəklər.

Yaşı 18-65 arasında olan sağlam vətəndaşlar Heydər Əliyev adına mədəniyyət sarayında təşkil olunacaq birgünlük aksiyada könüllü iştirak edə bilərlər.

Gün ərzində davam edən humanitar aksiya çərçivəsində könüllü donorlardan götürülən qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.