REGİONLAR


Xaçmazda stolüstü tennis üzrə respublika birinciliyinin qalibləri müəyyənləşib

A+ A

Xaçmaz, 5 dekabr, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz Olimpiya İdman Kompleksində İdman Məktəblərinin VIII Respublika Oyunlarının proqramına daxil olan stolüstü tennis üzrə yarışların qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 12 yaşadək oğlan və qızlar arasında təşkil olunan birinciliyə, ümumilikdə, 100-ə yaxın idmançı qatılıb.

Final mərhələsində Bakı, Sumqayıt, Gəncə, Şabran, Salyan, Şəki, Qax və Şirvanı təmsil edən komandalar yarışın qaliblərini müəyyənləşdirmək üçün mübarizə aparıblar.

Bakı Tennis Məktəbinin kollektivi hamıdan yaxşı nəticə göstərərək komanda hesabında qalib adını qazanıb. Şəki tennisçiləri ikinci, Bakının “Təhsil” kollektivi üçüncü olub. Şabran idmançıları isə birinciliyi dördüncü pillədə başa vurub.

Turnirin keçirilməsində əsas məqsəd, gənclərin stolüstü tennisə marağını artırmaq, bölgələrdə bu idman növünün inkişafını təmin etmək və ölkəmizi beynəlxalq yarışlarda təmsil edə biləcək idmançıları aşkarlamaqdan ibarətdir.

Yarışın qalibləri Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medallarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.