REGİONLAR


Xaçmazda turist qəbul edən qonaq evi sahibləri təlimlərə cəlb olunublar

A+ A

Xaçmaz, 4 avqust, Elxan Yusifli, AZƏRTAC

Xaçmazın kəndlərdəki qonaq evi sahibləri turistlərin qəbulu forması, onlara xidmətlərin təqdimatı, bələdçilik, nəqliyyat və digər xidmətlərin göstərilməsi keyfiyyətinin yüksəldilməsi məqsədilə iki günlük təlimlərə cəlb olunublar.

AZƏRTAC xəbər verir ki, təlimlər “Kənd yaşıl turizminin inkişafına dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı “Kiçik sahibkarlığın inkişafı məqsədilə kənd qonaq evlərində turist xidmətlərinin göstərilməsi qaydaları üzrə maarifləndirmə işlərinin aparılması və metodik vəsaitin çapı” layihəsi çərçivəsində keçirilir.

Kiçik sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən layihə üçün əvvəlcə rayonun istirahət zonalarında qonaq evlərinin sahibləri ilə görüşlər keçirilib, təlimlərə seçim aparılıb.

Nabran istirahət zonasında keçirilən təlimlərdə kənd turizminin rayon iqtisadiyyatına təsiri, Xaçmazın turizm potensialı və bu sahənin inkişafı üçün həyata keçirilən dövlət tədbirləri haqqında ətraflı məlumat verilib.

Təlim zamanı qonaq evlərində qəbul qaydaları, nümunəvi xidmətin göstərilməsi yolları, turist marşrutlarının tərtibi qaydalarına aid tapşırıqlar həll edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Layihə çərçivəsində keçirilən təlimlər Xaçmaz və İsmayıllı rayonlarını əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.