REGİONLAR


Xaçmazda yeni inşa olunan xalça istehsalı müəssisəsində160 işçi çalışacaq VİDEO

Xaçmaz, 16 iyun, Elxan Yusifli, AZƏRTAC

Xaçmazda “Azərxalça” ASC-nin yeni inşa olunan istehsal müəssisəsinin tikintisi yekunlaşmaq üzrədir.

AZƏRTAC xəbər verir ki, birmərtəbəli binada toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb və digər xidməti otaqlar yerləşəcək. Hazırda müəssisənin dam örtüyünün vurulması və binanın suvanması işləri həyata keçirilir.

Rayonun Qaradağ Buduq kəndində inşa olunan istehsal müəssisəsinin ümumi sahəsi 1200 kvadratmetrdir.

İş icraçısı Etibar Quliyev bildirib ki, tikinti işləri cari ilin sentyabr ayında yekunlaşdırılacaq. İstehsal müəssisəsinin inşası başa çatdıqdan sonra binanın ətrafında abadlıq işləri görüləcək.

Müəssisə fəaliyyətə başladıqdan sonra burada 160 işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.

“Azərxalça” ASC-nin Xaçmaz rayonu ilə yanaşı, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Qəbələ rayonlarında da filiallarının yaradılması nəzərdə tutulub. Hazırda bu rayonlarda da filial binalarının tikintisi davam etdirilir.

ASC-nin ilk filialı 2016-cı ilin noyabrında Füzuli rayonunda açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.