REGİONLAR
Xaçmazda yeniyetmələr arasında voleybol üzrə zona birinciliyi keçirilir
Xaçmaz, 20 sentyabr (AZƏRTAC, Elxan Yusifli). Sentyabrın 20-də Xaçmaz Olimpiya İdman Kompleksində yeniyetmələr arasında idman məktəblərinin VII Respublika Oyunları proqramına daxil olan voleybol üzrə zona birinciliyi başlayıb.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən turnirdə Sumqayıt şəhərini, Quba, Qusar, Xaçmaz, Siyəzən, Abşeron, Qubadlı və Laçın rayonlarını təmsil edən komandalar iştirak edirlər.
Turnirin ilk günündə qusarlı idmançılar Qubadlı komandası ilə, Quba voleybolçuları isə Sumqayıt kollektivi ilə qarşılaşıblar. Qusar və Quba voleybolçuları rəqiblərini məğlub etməyi bacarıblar.
Yarışa sentyabrın 21-də yekun vurulacaq.
İlk iki yeri tutan komandalar oktyabr ayında Mingəçevir şəhərində keçiriləcək final mərhələsinə vəsiqə əldə edəcəklər.