REGİONLAR


Xaçmazın Qıraqlı kəndində yeni subartezian quyusu istifadəyə verilib VİDEO

Xaçmaz, 4 avqust, Elxan Yusifli, AZƏRTAC

Avqustun 4-də Xaçmaz rayonunun Qıraqlı kəndində sakinlərin suvarma və içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədilə yeni subartezian quyusu istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər son illər respublikada, o cümlədən Xaçmaz rayonunda gedən sosial-iqtisadi inkişafdan, o cümlədən suvarma və içməli suya olan tələbatın ödənilməsi sahəsində görülən işlərdən danışıblar.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq, son illər Xaçmaz rayonunda 15 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib.

Yeni qazılan subartezian quyusu isə 600 nəfərə yaxın sakini olan Qıraqlı kəndinin suya olan tələbatını tam ödəyəcək. Yaxın günlərdə rayonun Mirzəmmədkənd və Tikanlıoba kəndlərində də yeni subartezian quyuları əhalinin istifadəsinə veriləcək.

Bildirilib ki, dövlətimizin başçısının bu il iyunun 5-də imzaladığı növbəti sərəncama əsasən, 2017-ci ildə respublikamızın 36 şəhər və rayonunda 150, o cümlədən Xaçmaz rayonunun kəndlərində 3 subartezian quyusunun qazılması nəzərdə tutulur. Həmin yaşayış məntəqələri Yeni Həyat qəsəbəsi, Çarxı və Suxtakələ kəndləridir.

Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.